QR CodeQR Code

Danışıqlar nəticə vermədi: Türkiyədə "Instagram" bağlı qaldı

6 Aug 2024 01:05

IslamTimes - Türkiyə hakimiyyəti öz ərazilərində "Instagram" bloklanmasını qüvvədə saxlamaqda davam etmək qərarına gəlib.


Publika.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Buna səbəb bu sosial şəbəkənin nümayəndələri ilə aparılan danışıqlarda mübahisəli məsələlərin həllinə hələlik nail olunmamasıdır.

Nazirin sözlərinə görə, sosial şəbəkə sahibləri “Türkiyə vətəndaşlarının hisslərinə hörmət etmirlər”.

“Tələblərimizi yerinə yetirdikdə qadağanı aradan qaldıracağıq”, - deyə Uraloğlu qeyd edib.

 


Story Code: 1152198

News Link :
https://www.islamtimes.com/az/news/1152198/danışıqlar-nəticə-vermədi-türkiyədə-instagram-bağlı-qaldı

Islam Times
  https://www.islamtimes.com