QR CodeQR Code

ABŞ-ın lazer sistemləri hipersəs silahlarına qarşı yaramır

5 Aug 2024 14:08

IslamTimes - ABŞ ordusunda mövcud olan lazer sistemləri hipersəs silahlarına qarşı istifadə edilə bilməz.


“Report” xəbər verir ki, bu barədə “The National Interest” portalı məlumat yayıb.

Nəşrin ABŞ Müdafiə Nazirliyinin hesablamalarına istinadən yazdığı kimi, əsas məhdudlaşdırıcı amil lazerlərin gücüdür.

Lazer silahlarının gücü hipersonik raketlərin hədəfinə çatmasının qarşısını almaq üçün ən azı 1 min kVta çatmalıdır. Bu, ABŞ-ın ən qabaqcıl taktiki lazer sistemlərinin gücündən üç dəfə çoxdur.

Digər maneə bu cür sistemlərin istifadə oluna biləcəyi qısa məsafədir. Havanın çirklənməsi, qum, tüstü, su buxarı və digər maddələr lazer şüalarına səpələyici təsir göstərərək, onların əhatə dairəsini 1 mil (təxminən 1,6 km) məhdudlaşdıra bilər.

Pentaqonun proqnozlarına görə, yaxın gələcəkdə lazer şüalarının diapazonu maksimum 5 mil (təxminən 8 km) qədər artırıla bilər.


Story Code: 1152102

News Link :
https://www.islamtimes.com/az/news/1152102/abş-ın-lazer-sistemləri-hipersəs-silahlarına-qarşı-yaramır

Islam Times
  https://www.islamtimes.com