“Məzarlarını özləri qazırlar, cəzalandıracağıq” – SEPAH komandanı
5 Aug 2024 13:01
IslamTimes - İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəisi, general Hüseyn Salami HƏMAS lideri İsmayıl Haniyənin Tehranda terror edilməsindən sonra işğalçı İsrailin necə cəzalandırılacağından danışıb.
Teleqraf.com xəbər verir ki, general Salami işğalçı İsrailin Qəzza zolağında HƏMAS-a qarşı apardığı müharibə ilə öz məzarını qazdığını deyib.
“Zərbə alanda səhv etdiklərini görəcəklər. Onlar həmişə səhv edirlər”, - SEPAH komandanı bildirib.
"Bu səhvlərinin nəticəsini, nə vaxt, necə və harada cavab alacaqlarını görəcəklər”, - iranlı general vurğulayıb.
İsmayıl Haniyənin terrorundan Salami işğalçı İsrail haqda deyib: “Onlar sadəcə öz məzarlarını qazırlar".
Story Code: 1152093