QR CodeQR Code

ABŞ savaş meydanına çevrilir – Dörd ölkə qırıcıları qaldırdı

5 Aug 2024 12:40

IslamTimes - Çin və Rusiya döyüş təyyarələrinin keçən ay Alyaska yaxınlığında patrul xidməti zamanı Pekin və Moskva arasında artan hərbi əməkdaşlığın son əlaməti olaraq, iki Çin hərbi nəqliyyat təyyarəsi Rusiyanın hava limanında peyk tərəfindən müşahidə edilib.


Tokio Universitetinin Qabaqcıl Elmlər və Texnologiyalar Mərkəzinin təhlilinə görə, bəzən hava missiyalarında dəstək rolunu oynayan Çin Hərbi Hava Qüvvələrinə məxsus iki Y-20 nəqliyyat təyyarəsi iyulun 24-də Rusiyanın uzaq şərqində, Çukotkada yarımadasındakı Anadır aerodromunda yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində deyilir.

Məqalədə qeyd olunur ki, ABŞ müdafiə naziri Lloyd Ostin bir neçə gün əvvəl Rusiya və Çin bombardmançı təyyarələrinin Alyaska sahillərinə 200 mil məsafəyə qədər yaxınlaşdığını bildirib:

“Rusiya və Çin hərbi təyyarələri heç vaxt ABŞ ərazisinə bu qədər yaxınlaşmamışdı. Bu durum ABŞ ilə yanaşı, Kanadanı da narahat edib. Nəticədə hər iki ölkə Alyaska istiqamətində xeyli hərbi təyyarı qaldırmaq məcburiyyətində qalıb.

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Alyaska yönündə də hərbi fəallığını artırıb. Rusiya bu istiqamətdə Çinlə hərbi tərəfdaşlığını gücləndirib. Çin Müdafiə Nazirliyi bu əməkdaşlığın üçüncü ölkəyə qarşı yönəlmədiyini açıqlasa da, Vaşinqton və Ottava buna inanmır.

Çin Alyaska istiqamətində Rusiya ilə birgə hərbi təlimlərə üstünlük verməklə Vaşinqtona bu mesajı göndərib: “ABŞ Tayvanla hərbi əməkdaşlıqdan imtina etməyərkən, Çin də ABŞ-yə Alyaska istiqamətində Rusiya ilə birgə problemlər yaradacaq”.

Tərəflərin hərbi təyyarələrinin bir-birlərinə çox yaxınlaşması bölgədə gərginliyi artırıb”.


Story Code: 1152089

News Link :
https://www.islamtimes.com/az/news/1152089/abş-savaş-meydanına-çevrilir-dörd-ölkə-qırıcıları-qaldırdı

Islam Times
  https://www.islamtimes.com