QR CodeQR Code

Blinken: "İran 24 saata İsrailə hücum edə bilər"

5 Aug 2024 10:50

IslamTimes - ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrindən olan tərəfdaşlarını İran və Hizbullahın İsrailə qarşı mümkün hücumu barədə məlumatlandırıb.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Blinken G7 həmkarları ilə telefon danışığı aparıb.

Telefon danışığı zamanı Blinken ABŞ-ın hücumların dəqiq nə vaxt başlayacağını bilmədiyini deyib. Ancaq o, hücumların 24-48 saat ərzində başlaya biləcəyini qeyd edib.

O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu hücumu məhdudlaşdırmağa, sonra isə işğalçı İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır. Blinken digər ölkələrin xarici işlər nazirlərini İrana diplomatik təzyiq göstərməyə çağırıb.


Story Code: 1152068

News Link :
https://www.islamtimes.com/az/news/1152068/blinken-iran-24-saata-israilə-hücum-edə-bilər

Islam Times
  https://www.islamtimes.com