QR CodeQR Code

Ukraynadakı münaqişə ABŞ-nin hərbi resurslarını tükədir - Ekspert

4 Aug 2024 18:39

IslamTimes - Ukraynadakı münaqişənin uzanması Amerika Birləşmiş Ştatlarının resurslarını azaldacaq.


Teleqraf.com məlumat verir ki, bunu Britaniyanın “Global Political Insights” mərkəzinin təsisçisi Aleksandr Klekson deyib.

O qeyd edib ki, Ukraynadakı münaqişənin uzanması ABŞ-ın resurslarını tükədəcək və nüvə müharibəsi riskini artıracaq.

Klekson hesab edir ki, Birləşmiş Ştatlar indi məsələni danışıqlar yolu ilə həll etməyə üstünlük verməlidir. Onun sözlərinə görə, Ukrayna qoşunlarının döyüş sursatı, hava hücumundan müdafiəsi və canlı qüvvə çatışmazlığı səbəbindən ağır vəziyyəti müdafiə qabiliyyətinə mənfi təsir edib.

Analitik etiraf edib ki, ABŞ-ın Ukraynaya maliyyə yardımı çətin ki, hərbi əməliyyatların gedişatını dəyişəcək.


Story Code: 1151972

News Link :
https://www.islamtimes.com/az/news/1151972/ukraynadakı-münaqişə-abş-nin-hərbi-resurslarını-tükədir-ekspert

Islam Times
  https://www.islamtimes.com