QR CodeQR Code

100 minə yaxın sionist uçuşların ləğvi səbəbindən işğalçı İsrailə qayıda bilmir

4 Aug 2024 09:09

IslamTimes - Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi fonunda işğalçı İsrail rejiminə uçuşların kütləvi şəkildə ləğvi səbəbindən bu ölkənin azı 100 min vətəndaşının vətəninə qayıtmaq imkanı yoxdur.


“Report” xəbər verir ki, bu barədə sionist rejimin “12-ci Telekanalı” məlumat yayıb.

Telekanalın aviasiya sənayesindəki mənbələri yerli hava limanlarında sionist rejimə uçuşlara keçid üçün Yunanıstana və ya Kiprə getmələrinin tövsiyə olunduğunu bildirib. Ölkənin milli aviadaşıyıcısı El Al işğalçı İsrailə müntəzəm uçuşlar həyata keçirməyə davam edir və sionistlər rejim sakinlərinin geri qayıtmalarına kömək etmək üçün cədvəlinə beş əlavə reys əlavə edəcək.

İşğalçı İsrail rejiminin Xarici İşlər Nazirliyi, insanların yerlərini bildirə biləcəyi və ölkəyə qayıtmaq üçün əlavə tövsiyələr ala biləcəyi xüsusi bir onlayn xidmətə başlayıb. “The Times of Israel” qəzetinin məlumatına görə, azı 18 beynəlxalq aviaşirkət Təl-Əvivə uçuşları ləğv edib.


Story Code: 1151880

News Link :
https://www.islamtimes.com/az/news/1151880/100-minə-yaxın-sionist-uçuşların-ləğvi-səbəbindən-işğalçı-israilə-qayıda-bilmir

Islam Times
  https://www.islamtimes.com