QR CodeQR Code

Bayden İranın İsraili cəzalandırmayacağına ümid edir

4 Aug 2024 08:23

IslamTimes - Bayden İranın Yaxın Şərqdə durumun gərginləşməsinə getməyəcəyinə ümid edir


ABŞ Prezidenti Cozef Bayden İranın Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin terroru ilə əlaqədar Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə getməyəcəyinə ümid etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Delaver ştatında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Jurnalistlərin İranın niyyətindən geri çəkiləcəyinə dair sualına Bayden belə cavab verib: “Buna ümid edirəm, lakin bilmirəm”.

Xatırladaq ki, daha əvvəl İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni Tehranda şəhid Haniyənin terrorundan sonra İranın İsrailə qarşı heç bir tolerantlıq nümayiş etdirməyəcəyi barədə xəbərdarlıq edib.


Story Code: 1151873

News Link :
https://www.islamtimes.com/az/news/1151873/bayden-iranın-israili-cəzalandırmayacağına-ümid-edir

Islam Times
  https://www.islamtimes.com