QR CodeQR Code

Pekin Fələstin qruplarının birliyinə dəstəyini bir daha vurğuladı

إسلام تايمز , 2 Aug 2024 12:37

IslamTimes - "Pekin İsmayıl Haniyənin terrorunu qətiyyətlə pisləyir və bu hadisədən sonra bölgədə qeyri-sabitliyin artması narahatlıq doğurur."


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Çin Milli Televiziyasında HƏMAS-ın siyasi ofisinin rəhbərinin terror edilməsi haqda danışıb. XİN sözçüsü bu terrorun bölgədə nələrə təsir edəcəyi, Çinin sülh prosesini qorumaq səyləri barədə də deyib:
"Pekin İsmayıl Haniyənin terrorunu qətiyyətlə pisləyir və bu hadisədən sonra bölgədə qeyri-sabitliyin artması narahatlıq doğurur."

Çin rəsmisi Qəzza zolağında hərtərəfli, daimi və təcili atəşkəsə nail olunmasının zəruriliyini vurğulayaraq bildirib:
"Çin həmişə Fələstin qruplarının birliyini dəstəkləyir."

Lin Jian əlavə edib:
"Biz inanırıq ki, Fələstinli qruplar arasında birlik Fələstin məsələsinin həllində və Yaxın Şərqdə sülh və sabitliyin əldə olunmasında mühüm addımdır..."

Çin diplomatik xidmətinin sözçüsü həmçinin qeyd edib:
"Biz daxili birliyə əsaslanan müstəqil Fələstin dövlətinin tezliklə qurulmasını səbirsizliklə gözləyirik və bu məqsədlə fasiləsiz səylərimizi davam etdirəcəyik."


Story Code: 1151515

News Link :
https://www.islamtimes.com/az/news/1151515/pekin-fələstin-qruplarının-birliyinə-dəstəyini-bir-daha-vurğuladı

Islam Times
  https://www.islamtimes.com