QR CodeQR Code

Blinken Haniyənin terroru ilə bağlı İran və "Hizbullah"dan xahiş etdi

1 Aug 2024 18:32

IslamTimes - ABŞ dövlət katibi Antoni Blinken Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin terrorundan sonra qisas almamaq xahişi ilə İrana müraciət məktubu göndərib.


Oxu.Az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, Blinken Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Ət Tani ilə söhbəti zamanı ondan bu mesajı İran tərəfinə və Livanın "Hizbullah" hərəkatına çatdırmağı xahiş edib.

Qeyd olunur kimi, Qətər şeyxi ABŞ dövlət katibinin tələbinin yerinə yetirilməsinə razılıq verib.


Story Code: 1151388

News Link :
https://www.islamtimes.com/az/news/1151388/blinken-haniyənin-terroru-ilə-bağlı-iran-və-hizbullah-dan-xahiş-etdi

Islam Times
  https://www.islamtimes.com