QR CodeQR Code

İngiltərə Türkiyə turizmini hədəfə aldı

1 Aug 2024 14:30

IslamTimes - İngiltərə mətbuatı Türkiyə turizmini hədəfə alıb, “Türkiyəyə yox, Yunanıstana gedin” deməyə başlayıb.


Publika.az xəbər verir ki, “The Telegraph” qəzeti yüksək inflyasiya və spirtli içki vergiləri səbəbindən istirahət edənlərin Türkiyə əvəzinə Yunanıstana getməyə başladığını yazıb.

“Türkiyənin otel və restoranları yayın istisini damarlarında hiss edirlər, amma bu istinin tək səbəbi yay deyil. Həmçinin qiymətlərin çox yüksək olması istirahət edənlərin Yunanıstana axışmasına səbəb olur", - deyə qəzetdə bildirilib.

Xəbərdə Türkiyədə fəaliyyət göstərən bir otel əməkdaşının ifadələri də yer alıb: "Bu il Türkiyə turizmi üçün qətiyyən yaxşı il deyil. Yüksək qiymətlər və inflyasiya Britaniya, Almaniya və yerli qonaqların bizim kimi kiçik otellər üçün rezerlərinə mənfi təsir göstərib. Bu mövsümün bəzi dövrlərində doluluğumuz hətta 50 faizdən aşağı düşüb".

Bütün bunlar bir çox yerli turistin qonşu Yunanıstana üz tutmasına səbəb olur. Yunanıstan hakimiyyətinin Türkiyə sahillərinə yaxın 10 ada üçün qapıda türklərə 10 günlük viza verməklə bağlı qərarı da buna təsir edib. İndi türklər tətil üçün Antalya və Bodruma deyil, Rodos, Samos və Kosa üstünlük verirlər.


Story Code: 1151350

News Link :
https://www.islamtimes.com/az/news/1151350/ingiltərə-türkiyə-turizmini-hədəfə-aldı

Islam Times
  https://www.islamtimes.com