QR CodeQR Code

Ayətullah Xamenei: Sionist rejim özü üçün ağır cəzaya zəmin yaratdı

31 Jul 2024 11:25

IslamTimes - "Biz İran İslam Respublikasında terror edilən Şəhid Haniyənin qisasını almağı özümüzə borc bilirik..."


İslam İnqilabının Ali Məqamlı Rəhbəri HƏMAS Hərəkatı lideri İsmayıl Haniyənin şəhadəti ardınca başsağlığı verərək buyurub: "Cinayətkar və terrorçu sionist rejim bu əməli ilə özü üçün ağır cəzaya zəmin hazırladı və biz İran İslam Respublikasında terror edilən Şəhid Haniyənin qisasını almağı özümüzə borc bilirik..."

İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:

Allahın adı ilə

Biz Allah üçünük və Allaha tərəf qayıdacağıq!

Hörmətli İran xalqı!

Fələstinin cəsur, görkəmli, mücahid lideri cənab İsmayıl Haniyə sübh çağında Allahın dərgahına qovuşdu və böyük Müqavimət cəbhəsi matəm etdi. Cinayətkar və terrorçu sionist rejim əziz qonağımızı evimizdə şəhid edib, bizi kədərləndirdi, amma digər tərəfdən özü üçün ağır cəzaya zəmin yaratdı.

Şəhid Haniyə uzun illər şərəfli mübarizə meydanında öz qiymətli canını əllərində tutaraq şəhadətə hazır olmuş, övladlarını, yaxınlarını bu yolda qurban vermişdir. O, Allah yolunda şəhid olmaqdan, Allah bəndələrini xilas etməkdən qorxmurdu, lakin İslam Respublikası ərazisində baş vermiş bu acı və ağır hadisədən sonra onun intiqamını almağı özümüzə borc bilirik.

İslam ümmətinə, müqavimət cəbhəsinə, cəsur və qürurlu Fələstin xalqına, xüsusilə də şəhid Haniyə və onunla birlikdə şəhid olmuş mühafizəçisinin ailəsinə başsağlığı verir, Uca Allahdan rəhmət diləyirəm. Dua edirik uca Allah yanında yüksək məqam sahibi olsunlar.

Seyid Əli Xamenei
31 iyul 2024-cü il, 1446-cı ilin məhərrəm ayının 25-i


Story Code: 1151086

News Link :
https://www.islamtimes.com/az/news/1151086/ayətullah-xamenei-sionist-rejim-özü-üçün-ağır-cəzaya-zəmin-yaratdı

Islam Times
  https://www.islamtimes.com