Sepah bəyanat yaydı:
HƏMAS-ın lideri Tehranda sui-qəsdə məruz qalaraq şəhid olub
SaharTV , 31 Jul 2024 09:58
Islamtimes - İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin öz açıqlamasında HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və onun mühafizəçilərindən birinin Tehrandakı iqamətgahına edilən hücum nəticəsində şəhid olduğunu elan edib.
İRNA-nın məlumatına əsasən, Sepah-ın bəyanatında deyilir:
Bismillahir-Rahmənir-Rahim
Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq
Qəhrəman Fələstin xalqına, İslam ümmətinə və Müqavimət Cəbhəsi döyüşçülərinə və şərafətli İran xalqına başsağlığı verməklə bildiririk ki, çərşənbə günü səhər saatlarında İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi ofisinin rəhbəri cənab Dr.İsmayıl Həniyyənin iqamətgahı Tehranda hücuma məruz qalıb. Bunun nəticəsində HƏMAS lideri və onun mühafizəçilərindən biri şəhid olub.
Bu hadisənin səbəbi və boyutları araşdırılır və nəticə sonradan açıqlanacaq.
Story Code: 1151050