QR CodeQR Code

İsrailin Livana hücum etmək cəsarəti yoxdur

إسلام تايمز , 31 Jul 2024 02:24

IslamTimes - İsrail Livana hücum edərsə Müqavimətin bütün qrupları sionist rejimə cavab verəcək


İşğalçı İsrail rejimi məsələləri üzrə ekspert sionist rejimin Livana hücum etmək iqtidarında olmadığını vurğulayıb və deyib: "Bu gün Müqavimətin bütün ünsürləri aktivdir və İsrail Livana hücum etsə, bütün cəbhələrdən hücuma məruz qalacaq."

ISNA-nın məlumatına görə, işğal altındakı Colan təpələrindəki “Məcdel Şəms” kəndində baş verən insident nəticəsində çoxlu sayda azyaşlı ölüb, 40-dan çox insan yaralanıb.

Bu hadisədən sonra sionist rejim Livan Hizbullahını ittiham edərək, bu insanların Hizbullah raketi nəticəsində öldürüldüyünü iddia edib. Bu ittihamdan sonra sionistlər Hizbullaha cavab verməklə hədələyiblər.

Lakin Hizbullah bu ittihamı rədd edib. Bəzi ekspertlər və media orqanları deyirlər ki, böyük ehtimal var ki, sionist rejimin RƏM sisteminin (Raket əleyhinə müdafiə sistemi) raketi bu əraziyə düşüb.


Story Code: 1150973

News Link :
https://www.islamtimes.com/az/news/1150973/israilin-livana-hücum-etmək-cəsarəti-yoxdur

Islam Times
  https://www.islamtimes.com