QR CodeQR Code

Sionist rejimin hücum edəcəyi təqdirdə Ərdoğan Hizbullaha dəstək verəcək!

إسلام تايمز , 30 Jul 2024 21:16

IslamTimes - Türkiyə prezidenti sionist rejimin Livana hücumu baş verəcəyi təqdirdə ölkəsinin Livan Hizbullahına dəstək verəcəyini açıqlayıb.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, sionist rejim 300 gün öncədən bəri Fələstin xalqına qarşı qətliamı davam etdirir. Qəzza zolağında minlərlə insanı şəhid etdikdən sonra bu rejim indi Livana təcavüz etmək fikrindədir və bu təcavüzün başqa ölkələrə də yayılmayacağına zəmanət yoxdur.

Ərdoğan vurğulayıb: İsrail Livana hücum edərsə, Hizbullahı müdafiə etmək üçün türk qüvvələrini Livana göndərəcəyik.

O əlavə edib ki, işğalçı İsrailin baş naziri Benyamin Netanyahunun kabineti bütün region üçün təhlükə hesab olunur və terror təşkilatı kimi fəaliyyət göstərir. İndi Netanyahunun vəhşiliyi Hitlerinkindən çox-çox yüksəkdir və bu gün Qəzza zolağı dünyanın ən böyük soyqırım yaşanan məntəqəsinə çevrilib.


Story Code: 1150933

News Link :
https://www.islamtimes.com/az/news/1150933/sionist-rejimin-hücum-edəcəyi-təqdirdə-ərdoğan-hizbullaha-dəstək-verəcək

Islam Times
  https://www.islamtimes.com