Fidan da İrana gedəcək
30 Jul 2024 10:45
IslamTimes - Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 30-da Tehrana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.
Fidan İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edəcək.
Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkilərinin 2-ci turu keçirilib və keçmiş səhiyyə naziri Məsud Pezeşkyan 53,7 səs toplayaraq İranın 9-cu prezidenti olub.
Story Code: 1150859