QR CodeQR Code

Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesi dayandırıldı

30 Jul 2024 00:53

IslamTimes - Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi dayandırılıb.


Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Aİ Nümayəndəliyinin rəhbəri Asuncion Sançez Ruiz bildirib

"Xarici təsirin şəffaflığı haqqında” Qanun Gürcüstanın Aİ-yə daxil olmasına maneədir. Biz hökuməti təşəbbüsü geri götürməyə çağırırıq. Çünki, bu, faktiki olaraq Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin dayandırılmasına gətirib çıxarır”, - o, Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimatdan sonra bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimat keçirilib. Tədbirə Aİ-yə üzv dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri və səfirliklərinin nümayəndələri dəvət olunub.


Story Code: 1150776

News Link :
https://www.islamtimes.com/az/news/1150776/gürcüstanın-avropa-ittifaqına-üzvlüyü-prosesi-dayandırıldı

Islam Times
  https://www.islamtimes.com