QR CodeQR Code

Ərdoğan-Əsəd görüşü: Başa çatan qruplaşma

29 Jul 2024 18:21

IslamTimes - Türkiyə-Suriya münasibətləri 13 ilə yaxındır kəsilib. Son bir neçə aydır bu ölkələrin liderləri - Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədin birbaşa təkbətək görüşünə dair məsələ müzakirə olunur.


Türkiyə prezidenti bu günlərdə bildirib ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atarsa, ona eyni yanaşmanı göstərəcəklər:

"Çünki dünənə qədər biz Suriya ilə düşmən deyildik. Əsədlə ailəvi görüşürdük".

Ötən gün onların görüşünün detallarına dair xəbərlər yayılıb.

Bu qarşıdurmanın aradan qalxmasında İraq və Rusiya daha çox fəallıq göstərir. Rəcəb Tayyib Ərdoğan da müsahibəsində qeyd edib:

"Biz hər yerdə vasitəçilikdən bəhs edirik, o zaman qonşumuzla bu niyə olmasın?!"

İki ölkə arasında gərginlik 2011-ci ildən, Suriyada vətəndaş müharibəsi başlayandan pozulub.

Ankara iddia edib ki, rəsmi Dəməşq PKK terror qruplaşmasından Türkiyəyə qarşı istifadə edir. Qarşı tərəf isə bildirir ki, Türkiyə Suriyadakı müxalifəti dəstəkləyir. Rəsmi Dəməşq Ankaradan ölkəsinin şimalındakı hərbi qüvvələrini geri çəkməsini tələb edir. Bu, onların Türkiyə ilə münasibətlərinin normallaşma prosesi üçün başlıca şərtdir.



Rusiyanın vasitəçiliyi nəticəsində Bəşər Əsəd də Türkiyə ilə əlaqələrin istənilən formasına açıq olduqlarını bildirmişdi.

İndi isə əsas məsələ Ərdoğan-Əsəd görüşünün vaxtı və yeri ilə bağlıdır. Məlumatlara əsasən, bu görüş avqustda Rusiyanın paytaxtı Moskvada, İraqın Bağdad şəhərində, yaxud Türkiyə-Suriya sərhədindəki Kesep qapısında keçirilə bilər. Odur ki, görüş Moskvada keçirilərsə, Prezident Vladimir Putin, Bağdadda belə bir tədbir reallaşarsa, İraqın baş naziri Şiya Sudani vasitəçi və ya moderator ola bilər.

Türkiyə beynəlxalq səviyyədə belə görüşlərin keçirilməsinə vasitəçilik etdiyindən, birbaşa, ikitərəfli dialoq üçün Ankara və Dəməşq razılıq verdiklərindən tədbirin Kesep sərhəd qapısından reallaşması ehtimalı daha böyükdür.

Türkiyə və Suriya liderləri arasında təmas olmasa da, hər iki ölkənin kəşfiyyat və xüsusi xidmət orqanlarının başçıları ötən illər ərzində dəfələrlə görüşüblər...


Story Code: 1150737

News Link :
https://www.islamtimes.com/az/news/1150737/ərdoğan-əsəd-görüşü-başa-çatan-qruplaşma

Islam Times
  https://www.islamtimes.com