İran İsrail rejiminin cinayət əməlləri ilə bağlı beynəlxalq məhkəmənin rəyinə münasibət bildirdi
SaharTV , 22 Jul 2024 14:55
İslamtimes - Kənani: Bu rəyi beynəlxalq ictimaiyyətin ciddi narahatlığını əks etdirir
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Beynəlxalq Ədalət Məhkəməsinin “İsrail rejiminin işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Qüdsdəki siyasət və hərəkətlərinin hüquqi nəticələri” ilə bağlı verdiyi məşvərətçi rəyinə münasibət bildirib.
Nasir Kənani deyib: “Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi məsləhət rəyi İsrail rejiminin qanunsuz və cinayət əməlləri ilə bağlı beynəlxalq ictimaiyyətin ciddi narahatlığını əks etdirir”.
İranlı rəsmi məhkəmənin sionist rejimin beynəlxalq hüququ pozan hərəkətləri ilə bağlı rəyinə, o cümlədən Fələstin torpaqlarının işğalının davam etdirilməsinin qeyri-qanuni adlandırılması, Fələstin torpaqlarında qəsəbə salınmaları və məskunlaşmaların qeyri-qanuni adlandırılması, eləcə də Fələstin xalqının öz təbii sərvətləri üzərində suverenlik hüququnun pozulması, həmçinin, məhkəmənin fələstinlilərə dəymiş zərərin ödənilməsinin zəruriliyini vurğulamasına istinad edərək bildirib: “İran İslam Respublikası hesab edir ki, məzlum Fələstin xalqının müqəddəratını təyin etmək üçün fundamental hüquq ötən illər ərzində, xüsusən də İsrailin uşaq öldürən rejiminin mövcudluğunu elan edəndən sonra davamlı olaraq pozulub və bu, hələ də davam edir, Fələstin xalqının hüquqlarının tapdalanması müəyyən bir müddətlə məhdudlaşmır”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Qəzzədə son bir neçə ayda soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinin törədilməsi də Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun davamlı şəkildə pozulmasına səbəb olub.
Məzlum Fələstin xalqının hüquqlarına dair yüzlərlə qətnamə və beynəlxalq sənədin tanınmasına toxunan Kənani qeyd edib ki, beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Təhlükəsizlik Şurası sionist rejim başçılarını məsuliyyətə cəlb etmək və qanunsuz rejimin Fələstin xalqına qarşı təcavüzünə və bu rejim tərəfindən Fələstin torpaqlarının qeyri-qanuni işğalına son qoymaq istiqamətində əməli addımlar atmalıdır.
Onun sözlərinə görə, işğal altındakı Fələstindəki mövcud qeyri-qanuni vəziyyətə son qoymaq üçün ən təsirli həll yolu müsəlmanlar, yəhudilər və xristianlar da daxil olmaqla, Fələstinin bütün əsil sakinləri və vətəndaşlarının iştirakı ilə hərtərəfli referendum keçirilməlidir.
Story Code: 1149190