QR CodeQR Code

Ankara-Dəməşq yaxınlaşması qorxutdu: “Məzlum Abdi” Türkiyəyə çağırış etdi

22 Jul 2024 09:08

IslamTimes - “Məzlum Abdi” kod adından istifadə edən və terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-nin rəhbəri Ferhat Abdi Şahin Türkiyə ilə Suriya arasında normallaşma addımlarının atıldığı bir vaxtda Ankaraya çağırış edib.


Publika.az xəbər verir ki, “ Biz bütün güclərlə, o cümlədən Türkiyə ilə dialoqa hazırıq ” deyən terrorçu münaqişələrin dayandırılmasına və böhranın siyasi həllinə gətirib çıxaracaq istənilən dialoqu dəstəkləyəcəklərini vurğulayıb.

Onlarsız Suriyada heç kimin həll yoluna gələ bilməyəcəyini iddia edən terror təşkilatının lideri “Bizimlə heç kim döyüşmürsə, onlarla vuruşmayacağıq” deyib: “Lakin hər hansı bir qüvvə bizə hücum edərsə, biz özümüzü keçmişdə olduğu kimi, lakin daha da güclü şəkildə müdafiə edəcəyik”.

Digər tərəfdən, terror təşkilatına bağlı Suriyanın Şimal-Şərq Muxtar İdarəsi adlanan qurum, bölgələrində ümumi amnistiya elan edib. Bir qrup DEAŞ üzvünün təşkilata yaxın tayfalardan sərbəst buraxılacağı iddia edilib.


Story Code: 1149108

News Link :
https://www.islamtimes.com/az/news/1149108/ankara-dəməşq-yaxınlaşması-qorxutdu-məzlum-abdi-türkiyəyə-çağırış-etdi

Islam Times
  https://www.islamtimes.com