QR CodeQR Code

Amerika Türkiyə ilə Suriya arasında barışığa mane olmağa çalışır

إسلام تايمز , 20 Jul 2024 16:50

IslamTimes - Amerikalı rəsmilər yüksək səviyyəli iraqlı diplomatla görüşdə Türkiyə və Suriyanın münasibətləri normallaşdırmasını müzakirə ediblər.


Amerikanın 2 keçmiş dövlət rəsmisi və bir ərəb rəsmisi "Middle East Eye"-a bildiriblər ki, Amerika rəsmiləri bu ayın əvvəlində Vaşinqtonda İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşdə Türkiyə və Suriyanın münasibətləri normallaşdırmasını müzakirə ediblər.

Ərəb rəsmisi bildirib ki, İraq proses başlamazdan əvvəl ABŞ-a kompromis razılaşması üzərində işlədiyini bildirmişdi, lakin o zaman Birləşmiş Ştatlar bu məsələyə laqeyd yanaşdı.

"Middle East Eye"-nin yazdığına görə, Vaşinqton hələ də rəsmi şəkildə tərəfdaşlarının Dəməşqlə münasibətlərinin normallaşmasının əleyhinə olsa da, bu siyasətin aktiv şəkildə, açıq-aydın həyata keçirilməsinə çalışmır.

Suriya prezidenti Bəşər Əsəd uzun illərdən sonra 2023-cü ildə Səudiyyə Ərəbistanına səfər edərək bu ölkədə keçirilən sammitdə iştirak edib. Bundan sonra Ərəb Liqasının ikinci sammitində iştirak etmək üçün 2 ay əvvəl Bəhreyndə səfərdə olub.

Qonşu ölkələrlə artıq yenidən normal münasibətlər quran Suriya bu dəfə Türkiyə ilə küsülülüyü aradan qaldırmağa yaxındır.


Story Code: 1148821

News Link :
https://www.islamtimes.com/az/news/1148821/amerika-türkiyə-ilə-suriya-arasında-barışığa-mane-olmağa-çalışır

Islam Times
  https://www.islamtimes.com