QR CodeQR Code

Ərdoğan: Qəzzada vəhşilik törədənlər cavab verəcəklər!

إسلام تايمز , 11 Jul 2024 13:36

IslamTimes - Türkiyə prezidenti bugünkü Qəzzanı Bosniya və Herseqovinadakı Srebrenitsa ilə müqayisə edib və beynəlxalq təşkilatların 29 il əvvəl Srebrenitsada olduğu kimi, Qəzzada da 40 mindən çox günahsız insanın, o cümlədən 16 min uşağın qətlinə “tamaşaçı” olduğunu bildirib.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada yaşanan “Srebrenitsa Soyqırımı"nın 29-cu ildönümü ilə bağlı keçirilən mərasimlə bağlı videomüraciətində bu günün bəşəriyyət tarixində qara iz qoyduğunu xatırladıb və bu günü kədərli gün adlandırıb. Ərdoğan Bosniya şəhidlərinin yaxınlarına və bütün Bosniya xalqına başsağlığı verib.

Ərdoğan Bosniya və Herseqovinanın ilk prezidenti Əli İzzat Beqoviçin sözlərinin hikmətini və acı həqiqətini unutmayacağını vurğulayaraq deyib:
"Bu böyük dövlət xadimi deyir: “Nə edirsən et, soyqırımı unutma, çünki unudulan soyqırımı təkrarlanacaq!” Dünyanın heç bir yerində belə cinayət təkrarlanmamalıdır. Biz Srebrenitsanı unutmayacağıq və unudulmasına da imkan verməyəcəyik..."


Story Code: 1147112

News Link :
https://www.islamtimes.com/az/news/1147112/ərdoğan-qəzzada-vəhşilik-törədənlər-cavab-verəcəklər

Islam Times
  https://www.islamtimes.com