General-mayor Musəvi: Okean naviqasiyası ehtiyaclarını ödəməkdə özünütəminetmə səviyyəsinə çatmışıq
SaharTV , 11 Jul 2024 09:53
İslamtimes -Odunun baş komandanı, İranın okean naviqasiyası ehtiyaclarını ödəməkdə özünütəminetmə səviyyəsinə çatdığını bəyan edərək, deyib: "Bu gün İran İslam Respublikasının Silahlı Qüvvələri bütün sahələrdə inkişaf edib və biz Silahlı Qüvvələrdə gündən-günə daha möhtəşəm yüksəliş və tərəqqinin şahidi oluruq".
General-mayor Seyid Əbdürrəhim Musəvi çərşənbə axşamı İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin Kirman vilayətinin Sircan şəhərindəki elmi və texniki nailiyyətləri sərgisinə baxışı zamanı qeyd edib ki, bu məcmuə ümid, yenilik və canlılıq sərgisidir, hansı ki, universitetlərin, biliyə əsaslanan şirkətlərin, elitaların və ordunun donanmasının müqəddəs birləşməsi ilə təşkil olunub".
Odunun baş komandanı bu nailiyyətlərin bəzilərinin təqdimatına istinad edərək, əlavə edib: "Bu sərgidə Dəniz Qüvvələrinin dəniz səfərləri üçün ehtiyac duyduğu şeylər istehsal edilmişdir. Bu böyük bir nailiyyətdir. Mümkün olmadığını düşündüyümüz şeylər həyata keçirilib".
General-mayor Musəvi daha sonra deyib: "Dəniz naviqasiyasında çox şeyə ehtiyacımız var idi, lakin biz bu ehtiyaclara öyrəşmişdik və ya belə bir şeyin olmasının mümkün olmadığını düşünürdük, lakin indi nəinki ehtiyaclar həll olundu, həm də daha çox imkanlar əldə etdik və elit qruplarla bu qarşılıqlı əlaqə və müxtəlif sahələrdə əməkdaşlıq sayəsində bu gün okean missiyaları daha yaxşı və daha yüksək güclə yerinə yetirilir".
Odunun baş komandanı bildirib: "İllərdir onların təmini üçün başqalarından asılı olduğumuz imkan və ehtiyacların çoxu gənc alimlərin, biliyə əsaslanan şirkətlərin və orduya bağlı olanuniversitetlərin təşəbbüsü ilə təmin edilib və bu sərgini ziyarət edən hər bir İran vətəndaşının, şübhəsiz ki, bütün sahələrdə ümidi və şövqü artacaq".
Story Code: 1147063