QR CodeQR Code

Ərdoğan ilə İranın yeni prezidenti arasında telefon danışığı olub

SaharTV , 9 Jul 2024 12:43

İslamtimes -Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın yeni prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı olub.


Türkiyə mətbuatının məlumatına görə bu telefon danışığında Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
 Prezident Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə İran arasındakı əlaqələrin uzun keçmişə malik olduğunu bəyan edərək, deyib: “İnanıram ki, yeni dövrdə də bu əlaqələr hər sahədə inkişaf etməyə davam edəcək.
Ərdoğan İran prezidenti seçilən Pezeşkiyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.
 


Story Code: 1146680

News Link :
https://www.islamtimes.com/az/news/1146680/ərdoğan-ilə-iranın-yeni-prezidenti-arasında-telefon-danışığı-olub

Islam Times
  https://www.islamtimes.com