QR CodeQR Code

Burkina-Faso fransız dilindəki himndən imtina etdi

8 Jul 2024 11:13

IslamTimes - Burkina-Fasoda Fransadan uzaqlaşmaq üçün daha bir addım atılıb.


Teleqraf.com xəbər verir ki, Burkina-Fasonun fransız dilində olan himni (Ditanyè) 14 yerli dilə tərcümə edilib. Qərarı Nazirlər Şurası qəbul edib.

Bundan sonra himn yalnız yerli dillərdə səsləndiriləcək.

Qeyd edək ki, Burkina-Fasoda 80-dən çox Afrika dilində danışılsa da, 1974-cü il Konstitusiyada 4 əsas dil təsbit edilib. 2023-cü ilin dekabrında konstitusiyaya edilən dəyişikliklə fransız dilinin statusu rəsmi dildən işçi dil səviyyəsinə endirilib.

 


Story Code: 1146458

News Link :
https://www.islamtimes.com/az/news/1146458/burkina-faso-fransız-dilindəki-himndən-imtina-etdi

Islam Times
  https://www.islamtimes.com