İranın 9-cu prezidenti Məsud Pezeşkian kimdir?
SaharTV , 6 Jul 2024 15:11
İslamtimes - Məsud Pezeşkian Təbriz Tibb Elmləri Universitetində tibb və ümumi cərrahiyyə üzrə peşəkar doktorluq dərəcəsinə, həmçinin İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə elmlər dərəcəsinə malikdir.
1945-ci il təvəllüdlü cənab Pezeşkian Təbrizin Məhabad rayonunda dünyaya gəlib. Ata tərəfindən azəri və ana tərəfindən kürd olan Məsud Pezeşkian ibtidai təhsilini doğulduğu Məhabadda başa vurduqdan sonra Urmiyəyə getmiş və orada Urmiyə Kənd Təsərrüfatı Texnikumunun qida sənayesi üzrə magistr dərəcəsinə yiyələnmişdir. Cənab Pezeşkian 1973-cü ildə hərbi xidmət üçün Sistan və Bəlucistan əyalətinin Zabul şəhərinə getməli olur.O, öz məharti ilə bu hərbi qulluqçu olarkən tibbi xidməti ilə fərqlənir. İ1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra ikinci diplomunu təcrübi elmlər sahəsində qazanan cənab Pezeşkian 1975-ci ildə Təbriz Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olmur.
Məsud Pezeşkian İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə mütəxəssis dərəcəsinə malikdir. O, ilk dəfə dövlət xadimi kimi, 2001-05-ci illərdə Seyid Məhəmməd Xatəminin ikinci prezidentlik dövründə səhiyyə naziri vəzifəsini tutub.
2005-cı ildə Təbriz, Azərşəhr və Üskü seçki dairələrinin nümayəndəsi kimi parlamentə daxil olmuş, 10-cu parlament çağırışında spikerin birinci müavini seçilmişdir.
Story Code: 1146115