QR CodeQR Code

Qərb özünü ifşa etməkdə davam edir

SaharTV , 24 Jun 2024 14:38

İslamtimes - Özünü demokrat hesab edən Avropa və ABŞ Gürcüstan xalqının qərarı ilə heç cür razılaşmaq istəmir. Qərb casuslarının fəaliyyətinə mane olan qanun qəbul etdiyinə görə Gürcüstan Avropa və ABŞ-ın hədəfindədir.


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bildirib ki, Avropa İttifaqı Gürcüstan hakimiyyətinin indiki siyasi kursunu davam etdirəcəyi təqdirdə bu ölkəyə "qapını bağlayacaq”.
O, qeyd edib ki, belə davam edəcəyi təqdirdə Gürcüstana göstərilən maliyyə dəstəyi də azaldılacaq. Beləliklə Cozef Borrel bir daha etiraf etmiş olub ki, Avropa sadəcə öz müdaxilələrinə şərait yaradılması və hegemonçu niyyətlərinin təmin olunması şərti ilə hansısa ölkəyə qapısını açır yaxud ona pul verir.
Amerikalı demokrat senator Cinn Şahen qərbin niyyətini daha açıq şəkildə dilə gətirib. O  bildirib ki, Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulu ABŞ-Gürcüstan münasibətlərinə təsir edəcək.
"ABŞ onun qəbulunda iştirak edən hər kəsə qarşı sanksiyalar tətbiq edəcək. Həmçinin, NDI və IRI kimi ABŞ QHT-ləri Gürcüstanda işləyə bilməyəcəklər", - deyə senator qeyd edib.
 


Story Code: 1143530

News Link :
https://www.islamtimes.com/az/news/1143530/qərb-özünü-ifşa-etməkdə-davam-edir

Islam Times
  https://www.islamtimes.com