Tacikistanda "Hicab"-a Azərbaycanda “Nikaha” qadağa qoyulub
SaharTV , 23 Jun 2024 15:26
İslamtimes - Əhalisinin 98 faizdən çoxu müsəlman olan Tacikistanda müsəlmanlara qarşı yeni məhdudiyyətlər tətbiq edilib.
Tacikistan prezidenti Emoməli Rəhmon hicab taxmağı qadağan edən qanunu imzalayıb. Beləliklə hicab geyinmək, kütləvi dini bayramların qeyd olunması, o cümlədən uşaqların Ramazan və Qurban bayramını qeyd etməyə sövq edilməsi qadağan olunub.
Məlumata görə, qanuna əməl etməyən fiziki şəxslər 740 dollar, hüquqi şəxslər 5400 dollarr, dövlət məmurları 3700 dollar, dini qurumlar isə 5060 dollara qədər cərimələnəcək.
Qeyd edək ki, Tacikistan prezidentinin imzaladığı qadağa İyunun 20-də Tacikistan parlamentinin yuxarı palatasında qəbul edilib. Parlament “Ənənələrin və ritualların nizama salınması haqqında” qanuna dəyişikliklər edərək qeyd olunan qadağaları tətbiq edib.
İddia olunur ki, qadağalardan məqsəd Tacikistan cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.
Tacikistanda bu ölkənin müsəlman qadınlarına yad geyim adı ilə qadağan edilən islami örtüyün forması isə Qurani-Kərimdə müəyyənləşdirib. Ümumi örtülən yerlərdən əlavə qadınların saçları, boyunları, sinə və topuqları naməhrəmlər qarşısında örtülməlidir.
Azərbaycan Respublikasında isə bu ölkənin parlamenti Azərbaycanda nikahın bağlanmasına mane olan halların dairəsini genişləndirib.
Birinci oxunuşda qəbul edilən qanun layihəsində yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
Ekspertlər hesab edirlər ki, bu qadağa qeyri-rəsmi nikahların da sayının artmasına gətirib çıxara bilər.
Deputatların bu qərarı qan qohumları arasında nikahın nəticəsində dünyaya gələn övladlarda genetik qüsurların riskinin yüksək olması ilə əsaslandırılır. Elmi əsaslara görə, həmin genetik xəstəliklərin riski, qohum olmayan cütlüklər üçün də mövcuddur. Məhz buna görə də dünya təcrübəsində istər yad cütlüklərdə istərsə də qohum olan cütlüklərdə bu riski aradan qaldırmaq, nikahdan öncə analizlərlə mümkündür və bunun üçün halal nikahlara qadağa tətbiq etmək lazım deyil.
Story Code: 1143334