QR Code
BMT-nin baş katibi: Livan ikinci Qəzzaya çevrilməməlidir
22 Jun 2024 11:14
İslamtimes - BMT-nin baş katibi Antonio Quterreş Livan və İsrail arasındakı sərhəddə gərginliyin təhlükəli həddə çatdığını və regional böhran təhlükəsi yaratdığı barədə xəbərdarlıq edib.
Bu barədə baş katib jurnalistlərlə söhbətində bildirib.
“Bir ehtiyatsız addım, bir səhv hesablama, sərhədlərin hüdudlarını aşan bir fəlakətə gətirib çıxara bilər”, deyə Quterreş bildirib.
O, beynəlxalq ictimaiyyəti aydınlaşdırmağa çağırıb: "İsrail-Livan sərhədində problemin hərbi yolla həlli yoxdur, gərginliyin azaldılması lazımdır".
“Gəlin açıq deyək: regionun, bütün dünya əhalisi Livanın növbəti Qəzzaya çevrilməsinə icazə verə bilməz”, - Quterreş vurğulayıb.
Story Code: 1143119
Islam Times
https://www.islamtimes.com