Fransızların erməni təəssübkeşliyi pik həddə çatıb
SaharTV , 20 Jun 2024 11:07
İslamtimes - Makrona müraciət edildi: Ermənistana ordu göndər!
Fransanın bir sıra tanınmış şəxsləri ölkə başçısı Emmanuel Makrona açıq məktub yazaraq, onu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıb.
Müraciətdə onlar Makronun Ermənistana müdafiə xarakterli hərbi yardım göstərmək təşəbbüsünü alqışlayıblar və iddia ediblər ki, ermənilər üçün “soyqırım riski” var. Ona görə də Fransa silahlı qüvvələri “qardaş ölkə”yə göndərilməlidir.
Müraciəti Parisin meri Ann İdalqo, filosof Elizabet Badinter, keşmiş Avropa və xarici işlər naziri Bernar Kuşner və başqaları imzalayıb.
Story Code: 1142730