Zaxarova: NATO Rusiya ilə toqquşmaya hazırlaşır
SaharTV , 15 Jun 2024 14:47
İslamtimes - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı çoxdan Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşır.
"Şimali Atlantika Alyansının Vaşinqton sammiti ərəfəsində NATO ölkəmizə qarşı təbliğat ritorikasını gücləndirir, Alyansın rəsmiləri, üzv ölkələrin rəhbərliyi, Rusiyanın ABŞ-a hücumu təhlükəsindən danışırlar. Baltikyanı ölkələr və Polşa da bunun yaxın bir neçə ildə baş verəcəyi tezisini irəli sürürlər və qeyd edirlər ki, hamı Rusiya mücumunun qarşısını almağa hazırlaşmalıdır".
Zaxarova vurğulayıb ki, hərbi büdcələr artırılır və NATO ölkələrinin iqtisadiyyatları tamamilə hərbiləşdirilir:
"Bir daha vurğulamaq istəyirik ki, Rusiyanın NATO və onun üzvlərinə qarşı heç bir aqressiv planı olmayıb və yoxdur, lakin eyni zamanda, NATO-nun belə planları olduğunu açıq şəkildə başa düşürük".
"Biz çox yaxşı başa düşürük ki, Vaşinqtona dinc Avropa lazım deyil. Onlar avropalıları uçuruma doğru itələyirlər ki, ABŞ-dakı mövcud daxili siyasi çöküşdən sağ çıxmağa kömək etsin",-Mariya Zaxarova deyib.
Story Code: 1141918