QR CodeQR Code

İran və Türkiyə regionda iki sabit tərəfdaşdır

SaharTV , 12 Jun 2024 09:24

İslamtimes - İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri kəni İran və Türkiyənin regionda sabit tərəfdaş olduğunu bəyan edərək, deyib: "Doğru Vəd” əməliyyatı İsrail rejiminin çəkindiriciliyinin boş divar olduğunu ortaya qoydu.


Əli Baqeri Kəni bu şənbə günü Türkiyənin İstanbul şəhərində keçirilən İnkişaf etməkdə olan səkkiz İslam ölkəsi və ya D-8 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində CNN Türk-ə müsahibəsi zamanı deyib: "İran və Türkiyə regionda iki sabit tərəfdaşdır və iki xalq arasındakı əlaqələrin tarixi kökü var. İran və Türkiyə arasında əməkdaşlıq sahələri çox müxtəlifdir və iki ölkə o qədər yetkinliyə və siyasi zəkaya malikdir ki, hətta fikir ayrılıqları olan sahələrdə belə müzakirə və əməkdaşlıq edirlər. İran və Türkiyə arasında qarşılıqlı fəaliyyət, həmrəylik və əlaqə regionun təhlükəsizliyini və sabitliyini təmin edir".
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri kəni əlavə edib: Qəzzə bu gün dünyanın ən mühüm məsələsidir. Sionistlərin Qəzzədə törətdikləri cinayət və soyqırımı bu günlərdə acınacaqlı bir reallıqdır. Bütün ölkələr sionistlərin cinayət və soyqırımını dayandırmağa çalışmalıdırlar. İslam ölkələri, xüsusilə də inkişaf etməkdə olan 8 İslam ölkəsi bu kritik məqamda böyük məsuliyyət daşıyır.
Baqiri Kəni qeyd edib ki, "Doğru Vəd” əməliyyatı göstərdi ki, İran təcavüzkarı cəzalandırmaq üçün öz güc komponentlərindən ağıllı şəkildə istifadə edir və heç bir təcavüz cavabsız qalmayacaq. Sionistlər gözləməlidirlər.
Əli Baqiri Kəni söhbətlərinin davamında Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən, Azərbaycan Respublikası ilə Ermənistan arasında davam edən danışıqlara və Naxçıvanla Azərbaycanın müxtəlif regionlarını birləşdirən Zəngzur dəhlizinə toxunaraq, deyib: "İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır Biz regionda inkişaf üçün zəmin yarada biləcək istənilən təşəbbüsü alqışlayırıq, lakin eyni zamanda heç bir halda regionda demoqrafik göstəricilərin və sabit sərhədlərin dəyişməsinə imkan verməyəcəyik".
 


Story Code: 1141235

News Link :
https://www.islamtimes.com/az/news/1141235/iran-və-türkiyə-regionda-iki-sabit-tərəfdaşdır

Islam Times
  https://www.islamtimes.com