Alman deputat 4 uşağını da götürüb Rusiyaya sığındı
10 Jun 2024 12:03
IslamTimes - Almaniyanın Hamburqdan olan deputatı Olqa Petersen 4 uşağını da götürüb Rusiyaya üz tutub.
Teleqraf.com xəbər verir ki, prezident Putinin fanatı kimi tanınan deputat məktəblərdə cinsi təhsil və ekoloji gündəmə qarşı çıxıb.
Almaniyanın “Bild” qəzeti isə ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasından olan Hamburq parlamentinin üzvü 41 yaşlı Olqa Petersenin övladlarının gələcəyindən və “Putinə heyranlığına görə” təqiblərdən qorxaraq ölkədən qaçdığını iddia edib.
Story Code: 1140836