İsveç polisi Stokholmda Fələstin tərəfdarı olan 20 fəalı həbs edib
8 Jun 2024 14:52
IslamTimes - Avropada etirazçılar Fələstin bayrağını dalğalandıraraq "Fələstini Azad edin" şüarı səsləndiriblər.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, qaniçən İsrailin cinayətlərinə etiraz edən fəallara dəstək əlaməti olaraq universitetin binası ətrafına toplaşan çox sayda etirazçı Fələstin bayrağını dalğalandıraraq "Fələstini Azad edin" şüarı səsləndiriblər.
Polis universitet binasına daxil olan 20-yə yaxın adamın həbs edildiyini açıqlayıb.
İsveçin Texnologiya İnstitutunun tələbələrindən biri bu nümayişdə iştirakının səbəbi barədə deyib: "Mən hazırda Qəzza və Fələstində baş verənlərə və universitetimin soyqırıma birbaşa töhfə verən İsrail universitetləri ilə əməkdaşlığına qarşıyam."
Son aylarda Fələstinə dəstək tələbə hərəkatı yeni vüsət alıb və bir çox Amerika və Avropa universitetlərinə yayılıb.
Story Code: 1140447