Livan Hizbullahının lideri İranın şəhid prezidenti ilə vida mərasimlərinin əzəmətindən danışdı:
Şəhid Rəisinin müşayiəti bəşəriyyət tarixinin üçüncü böyük müşayiəti idi
SaharTV , 27 May 2024 13:10
İslamtimes -Livan Hizbullahının baş katibi bəyan edib ki, şəhid Rəisinin və digər rəsmilərin müşayiət mərasimi bəşəriyyət tarixinin üçüncü böyük müşayiət mərasimi idi.
Seyid Həsən Nəsrullah Beyrutda keçirilən anım mərasimində etdiyi çıxışında deyib: “Şəhid Rəisi fəqih, din alimi, çalışqan, mömin, təvazökar, həmçinin münafiqlər və düşmənlərlə mübarizədə çox şücaətli idi və müqavimətə və onun baxışına inanırdı”.
Onun sözlərinə görə, şəhid Rəisinin dövründə İranla qonşu ölkələr və Şərq ölkələrilə əlaqələrə üstünlük verildi.
Livan Hizbullahının baş katibi İranın şəhid xarici işlər naziri barədə isə belə deyib: “Şəhid Hüseyn Əmir-Abdullahiyan Livana, Fələstinə və müqavimət hərəkatlarına çox rəğbət edirdi və bu, onun şəxsiyyət özəlliklərindən biri idi”.
Seyid Həsən Nəsrullah əlavə edib: “Təbrizdən Məşhədə qədər şəhidlərin müşayiət mərasimlərindən müşahidə etdiyimiz səhnələr olduqca əzəmətli və çox mühüm mesajlara malik idi. Şəhid Rəisinin və onun möhtərəm silahdaşlarının müşayiəti, İmam Xomeyni(r.ə)-dən və şəhid Qasim Süleymanidən sonra bəşəriyyət tarixinin üçüncü böyük müşayiət mərasimi idi. Əgər şəhidlərin cənazələrinin İranın digər şəhərlərində müşayiət olunması imkan olsaydı, milyonlarla nəfər onlarda iştirak edərdi”.
Seyid Həsən Nəsrullah əlavə edib: “İran güclü, birlikli və möhkəm bir ölkədir; prezidentin və bu ölkənin bariz şəxsiyyətlərindən çox bərəkətli bir qrupun şəhadəti çox kədərli olsa da, bu hadisə İranı zəiflətmədi və onu titrətmədi”.
Story Code: 1137849