Şəhid Rəisinin şücaəti ilə İsrailin qəlbinə hücum etdik
SaharTV , 25 May 2024 13:06
İslamntimes - Sepah-ın baş komandanı belə deyib: Şəhid Rəisi “Doğru vəd” əməliyyatında həqiqətən vəsfolunmaz şücaət göstərdi; dövlətin güclü diplomatiyası ilə imperializmin mərkəzinə hücum edə bildik və diplomatiya aparatı/ Əmir-Abdullahiyanın qüdrətilə bu məsuliyyəti yaxşı şəkildə yerinə yetirdi.
General-mayor pasdar Hüseyn Salami şəhid Musəvinin müşayiət mərasimində əlavə edib: Şəhid Rəisi ilahi bir şəxsiyyətə malik idi və mükəmməl bir prezidentin ülgüsü idi. Gecə-gündüz xalqın fikrində idi. Onun iclasları gecə yarılarınadək davam edirdi.
Salami əlavə edib: Şəhid Ali-Haşim xalqla yaşayırdı və onların ürəklərinin danışan dili idi. Şəhid vali/ yorulmaz/ və qüdrətli bir icra başçısının nümunəsi idi.
Bu əzizlərin şəhid olmaları ilə, heç bir şey dəyişməyib və İranın qüdrəti/ İmam Xameneinin rəhbərliyi hesabına davam edəcək. Heç bir gücdən qorxmuruq və bunu bilin ki, düşmən İrana zərbə vurmaq üçün özünün bütün bacarığından istifadə edir, amma elə həmin düşmənlər/ bütün sahələrdə nakam qalıblar.
İran xalqı neçə gündür ki, xidmət şəhidlərinin matəmini tutur. İran xalqı bu bir neçə gündə qəhrəmanlıq göstərdi və mən öz növbəmdə bütün xalqın ayağının altını öpürəm. Bütün məsulların həyat ruhu/ siz- xalqsınız/ və biz sizin üçün fəda getmək istəyirik. Mən səmimi-qəlbdən/ bu günlər dünya səviyyəli iftixarlar yaradan bütün İran xalqına təşəkkür edirəm.
Story Code: 1137443