QR CodeQR Code

Putin: “İran İslam Respublikasının Ali rəhbərinə salamlarımı və başsağlığımı çatdırın”

SaharTV , 23 May 2024 10:38

İslamçtimes -Vladimir Putin Dövlət Dumasının sədrinə xüsusi tapşırığında“İran İslam Respublikasının ali rəhbərinə salamlarımı və başsağlığımı çatdırın”-deyib.


Vyaçeslav Volodin Rusiya prezidenti Vladimir Putinlə görüşündə prezident İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün çərşənbə günü səhər Tehrana yola düşəcəyi məlumatını ölkə başçısına çatdırıb. Bu görüşdə Vladimir Putin Dövlət Dumasının sədrindən İran İslam Respublikasının rəhbərliyinə başsağlığı verməsini və Rusiya ilə İran arasında əlaqələrin inkişafının olduğu kimi davam edəcəyini bildirməsini istəyib.
“Prezident Rəisinin ölümü böyük itkidir... O, çox etibarlı tərəfdaş idi. Əgər biz nəyisə razılaşdırsaydıq, bu razılaşmaların yerinə yetiriləcəyinə həmişə əminliklə yanaşırdıq.”-prezident Putin əlavə edib.
Rusiya lideri həmçinin ölkəsinin bu baş verən qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazır olduğunu açıqlayıb.
 


Story Code: 1136980

News Link :
https://www.islamtimes.com/az/news/1136980/putin-iran-islam-respublikasının-ali-rəhbərinə-salamlarımı-və-başsağlığımı-çatdırın

Islam Times
  https://www.islamtimes.com