Müsavat Partiyasının fəalından xəbər yoxdur
SaharTV , 15 May 2024 12:48
Islamtimes - Müsavat Partiyası fəalı Natiq Mehdinini (Ulubəy) yoxa çıxdığını bildirilib.
Turan xəbər agentliyi partiyanın mətbuat xidmətinin bu gün yaydığı məlumatına istinadla bildirir ki, o, mayın 10-da öz şəxsi avtomobili ilə birlikdə yoxa çıxıb:
"Yaxınları məsələ ilə bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət ediblər, biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, amma hələlik heç bir məlumat yoxdur. Onun telefonuna da zəng çatmır", deyə partiyanın nümayəndəsi bildirib.
Natiq Mehdi Müsavat Partiyasının Səbail Rayon Təşkilatının sədr müavinidir.
O, aprel ayında partiyanın başqanlığına öz namizədliyini irəli sürmüşdü, lakin qurultaya bir neçə gün qalmış namizədliyini geri götürüb.
Turan bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.
Story Code: 1135208