İrəvanda həyəcan yaşanır
Etirazçılar paytaxt küçələrini bağlayıblar
SaharTV , 14 May 2024 09:07
İslamtimes - Ermənistanın baş naziri Paşinyanın istefasını tələb edən etirazçılar paytaxt İrəvanın küçələrini bağlayıblar.
Bu məlumata əsasən, səhər saatlarından etibarən müxalifət tərəfdarları “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrində izdiham yaşanır.
Bildirilib ki, insanlar skamyalar və zibil qutuları ilə küçələri bağlayır. Aksiyaların keçirildiyi yerə polislər gəlib, saxlanılanlar var.
Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq N.Paşinyana qarşı etiraz aksiyaları keçirilir.
Story Code: 1134930