QR CodeQR Code

Qəzzədə atəşkəsə dair danışıqlar dalana dirənib

HƏMAS: Biz heç bir təzyiqə boyun əyməyəcəyik

SaharTV , 13 May 2024 16:10

İslamtimes - HƏMAS-ın yüksək rütbəli rəsmisi Netanyahu rejiminin atəşkəs və əsir mübadiləsi danışıqlarını iflasa uğratdığını bildirib və vurğulayıb ki, Həmas hər hansı siyasi və ya hərbi təzyiqə təslim olmayacaq.


xalqına qarşı soyqırım müharibəsini davam etdirmək istəyirlər və bu, atəşkəs danışıqları və əsirlərin mübadiləsi ilə bağlı istənilən danışıqların atəş altında aparıldığını göstərir.
O, Amerikanın mövqeləri haqqında da bildirib ki, Amerika müharibəni dayandıra bilər, lakin bunu etmir və sionist rejimin təcavüzü ilə razılaşır.
Digər tərəfdən HƏMAS sionist rejimin Qəzzə zolağının cənubundakı Rəfah şəhərinə hava hücumlarının intensivləşməsinə reaksiyasında bildirib ki, bu rejim Fələstin xalqına qarşı soyqırım müharibəsini davam etdirməkdə israrlıdır və Amerika ona dəstək verdiyi üçün bu cinayətlərə görə məsuliyyət daşıyır.
HƏMAS-ın bəyanatında deyilir: “İşğalçı rejim ordusu bir neçə gün Rəfəh şəhərində davam edən əməliyyat, işğal və “Əz-Zeytun” məhəlləsindəki cinayətlərlə eyni vaxtda Cəbəliyyədə hərbi əməliyyata başladığını elan edib və bu ərazidə yaşayan vətəndaşların oranı tərk etmələri barədə xəbərdarlıq edib. Bu hərəkət sionist terrorçu kabinetinin bombardman, qətl, köçkünlük və mülki strukturların davamlı şəkildə məhv edilməsi yolu ilə Qəzzə zolağında millətimizə qarşı soyqırım müharibəsini davam etdirməkdə israrının təsdiqidir”.
 


Story Code: 1134767

News Link :
https://www.islamtimes.com/az/news/1134767/həmas-biz-heç-bir-təzyiqə-boyun-əyməyəcəyik

Islam Times
  https://www.islamtimes.com