Sionist rejim öz saxta tarixinin ən təcrid olunmuş şəraitindədir
SaharTV , 13 May 2024 14:25
İslamtimes - İran İslam Respublikası xarici işlər nazirliyinin rəsmi nümayəndəsi bildiribdir ki, sionist rejim öz saxta tarixinin ən təcrid olunmuş şəraitindədir.
Nasir Kənani «X» sosial şəbəkəsində qoyduğu mesajda belə yazıb: Amerika başçılarının sionistlərin Qəzzədəki cinayətkarcasına hərəkətlərini aşkar və gizli şəkildə himayə etmələrinin fonunda qeyd edək ki, beynəlxalq ictimaiyyət hər zamanda olduğundan daha çox Fələstin xalqının məzlumluğunu himayə istiqamətində formalaşıb və bir səslə,/ sionistlərin uşaqları öldürmələri, işğalçılıqları, icbari köçlər təşkil etmələri və soyqırım törətmələrinə qarşı nifrəti fəryad edir.
Amerika başçıları hətta sionist rejimi kor-koranə şəkildə himayə etmək sahəsində belə, öz xalqı arasında tək qalıblar- deyən Kənani əlavə edib: Dünya ictimaiyyətinin Fələstinin BMT-yə tam üzvlüyünü himayə sahəsindəki son qətiyyətli səsi, açıq şəkildə sionist rejimlə Amerikanın dünya ictimaiyyətində təcrid olunduqlarından xəbər verir.
BMT Baş Assambleyası cümə günü Amerikanın illər boyu etdiyi sabotajlardan sonra Fələstinin bu orqana tam üzvlüyünə dair qətnamə layihəsinin lehinə səs verdi.
Story Code: 1134740