Misir İsrailə qarşı qaldırılan iddiaya qoşuldu
13 May 2024 10:34
IslamTimes - Misir Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiasına qoşulacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Misir Ərəb Respublikası Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işdə rəsmi şəkildə iştirak etmək niyyətini açıqlayır”, - bəyanatda deyilir.
Qərar “gərginliyin artması və İsrailin Qəzza zolağının Fələstin mülki əhalisinə qarşı təcavüzünün miqyası” ilə əlaqədar qəbul edilib.
Story Code: 1134713