QR CodeQR Code

Kolumbiya Prezidenti: Fələstin məhv olarsa, bəşəriyyət məhv olar

Shartv , 3 May 2024 16:18

İslamtimes - Kolumbiya İsraillə diplomatik əlaqələri dayandırıb. Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro Əmək Günü münasibətilə keçirilən yürüşdə çıxışında deyib.


O, bu qərarını İsrail rejminin Qəzzadakı cinayətləri ilə əlaqələndirib:
“İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək. Fələstin məhv olarsa, bəşəriyyət məhv olar və biz onun məhv olmasına imkan verməyəcəyik”,- Qustavo Petro deyib.
Kolumbiya Cənubi Amerika qitəsinin şimal qərbində yerləşir. 50 milyonluq nüfusa malik olaraq əhali sayına görə Braziliyadan sonra Cənubi Amerikanın ikinci ölkəsi hesab olunur. Kolumbiya xalqı xristiandır.
Qeyd edək ki, Oktyabr ayından başlanan qəsbkar sionist rejimin Qəzəyə qarşı soyqırımı əməliyyatı nəticəsində bu günədək 35 min fələstinli dinc sakin qırğın edilib.
İslam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bütün dövlətləri bu aparteid rejiminin cinayətlərini durdurmaq üçün onunla əlaqələrini kəsməyə çağırıb.
İşğalçı rejimin fələstinlilərə qarşı cinayətləri o qədər genişmiqyaslı və dəhşətlidir ki, hətta bu rejimin əsas himayədarı olan ABŞ-da belə İsrailə qarşı geniş etirazlar davam edir. Bu ölkənin müxtəlif ştatlarında universitet tələbələri polis zorakılıqlarına rəğmən sionist rejimin cinayətlərinin durdurulmasına, Ağ evin bu cinayətkar rejimə dəstəyini dayandırmasına çağırırlar.
Saxta İsrail rejimi ilə ticarət əlaqələrinə malik olan müsəlman dövlətlər isə öz xalqları tərəfindən ciddi qınaq hədəfindədirlər.
 


Story Code: 1132658

News Link :
https://www.islamtimes.com/az/news/1132658/kolumbiya-prezidenti-fələstin-məhv-olarsa-bəşəriyyət-olar

Islam Times
  https://www.islamtimes.com