BMT: Qəzzada xəstəxanaların çoxu sıradan çıxıb
إسلام تايمز , 29 Mar 2024 03:16
IslamTimes - Birləşmiş Millətlər Təşkilatına bağlı ofisin dərc etdiyi hesabata görə, Qəzza zolağında xəstəxanaların ən azı üçdə ikisi sıradan çıxıb.
BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi bir hesabatda Qəzza zolağındakı 36 xəstəxanadan ən azı 24-nün fəaliyyətini dayandırdığı barədə xəbərdarlıq edib.
Əl-Cəzirə şəbəkəsi xəbər verir ki, bu sənəddə yazılıb: “Qəzza zolağında səhiyyə sistemi davamlı döyüşlər və blokada səbəbindən dağılır və bu vəziyyət getdikcə daha çox xəstəxananın fəaliyyətini dayandırmasına səbəb olur”.
Hesabatının davamında bildirilir: “Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, 27 Mart Çərşənbə günü Qəzza zolağında ümumi 36 xəstəxanadan 24-ü fəaliyyətini tam dayandırıb, iki xəstəxana məhdud şəkildə işinə davam edir.
Story Code: 1125569