0
Wednesday 27 March 2024 - 13:15

İsmayıl Həniyə İslam İnqilabının Ali məqamlı rəhbəri ilə görüşüb

Story Code : 1125192
İsmayıl Həniyə İslam İnqilabının Ali məqamlı rəhbəri ilə görüşüb
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün axşam HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşərək, Fələstin müqavimət qüvvələrinin və Qəzza xalqının misilsiz mövqeyini yüksək qiymətləndirib və vurğulayıb: Qərbin tam dəstəyi ilə həyata keçirilən sionist rejimin cinayətləri və vəhşilikləri qarşısında Qəzza xalqının tarixi səbri İslamı həqiqətən şərəfləndirən və düşmənin istəyinə baxmayaraq Fələstin məsələsini dünyanın ilk məsələsinə çevirən əzəmətli bir hadisədir. Ayətullah Xamenei Qəzza xalqına dəstək məsələsində beynəlxalq ictimai rəyini, eləcə də İslam dünyasının, xüsusilə də ərəb dünyasının ictimai rəyini vacib qiymətləndirib və deyib: Fələstin müqavimətinin təbliğat və media tədbirləri indiyə qədər çox yaxşı və sionist düşməndən öndə olub və bu sahədə daha
çox iş görülməlidir. Bu görüşdə HƏMAS-ın siyasi ofisinin rəhbəri cənab İsmail Haniyə İran İslam Respublikası xalqı və hökumətinin Fələstin məsələsi və xüsusilə Qəzza xalqına verdiyi dəstəyə təşəkkür və təqdir edərək, Qəzza müharibəsinin son sahə və siyasi prosesləri haqqında hesabat təqdim etdi və dedi: Qəzza xalqı və müqavimət qüvvələrinin möhkəm imanlarından qaynaqlanan bu altı aydakı örnək səbr və mətanəti sayəsində sionist düşmənin Qəzza müharibəsində heç bir strateji hədəfinə nail ola bilməməsinə səbəb oldu. Həmas lideri sonda inqilabın rəhbərinə müraciət edərək vurğuladı: Zati-aliləri, sizi əmin edirəm ki, Qəzzada baş verən bütün vəhşiliklərə, cinayətlərə və soyqırımlara baxmayaraq, Qəzza xalqı və müqavimət qüvvələri möhkəm dayanıblar və sionist düşmənə öz məqsədlərinə çatmağa zərrə qədər də imkan verməyəcəklər.
 
Comment