İƏT işğalçı rejimin hərəkətlərini pislədi
“Qüds Fələstinin ayrılmaz hissəsi və onun paytaxtıdır”
SaharTV , 17 Mar 2024 14:36
İslamtimes - İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanat yayaraq sionist rejimin Məscidül-Əqsa ətrafında dəmir sədlər quraşdırmaq və bu müqəddəs məkana sərbəst giriş-çıxışa məhdudiyyətlər yaratmaq istiqamətindəki hərəkətlərini pisləyib.
Bəyanatda vurğulanır ki, Qüds şəhəri Fələstin ölkəsinin ayrılmaz hissəsi və onun paytaxtıdır, Əl-Əqsa məscidinin bütün ərazisi sırf müsəlmanların ibadət yerinə məxsusdur.
İƏT müqəddəs yerlərə və onlarda ibadət azadlığına hörmət edilməsinin zəruriliyini qeyd edərək, Qüds və Məscidül-Əqsada baş verən pozuntuların nəticələrinə görə tam məsuliyyətin işğalçı İsrail rejiminin üzərinə düşdüyünü diqqətə çatdırıb, beynəlxalq ictimaiyyətdən istəyib ki, sionist rejimin gərginliyi artırmaq səylərinə adekvat cavab verilsin.
Story Code: 1123147