0
Monday 19 February 2024 - 10:39

Şərqi Azərbaycandan olan əhalinin bir qrupunun İslam İnqilabının Rəhbəri ilə görüşü

Story Code : 1117142
Şərqi Azərbaycandan olan əhalinin bir qrupunun İslam İnqilabının Rəhbəri ilə görüşü
Bu görüşdə Ayətullah Xamenei İran xalqına 22 Bəhmən yürüşünə görə öz səmimi təşəkkürünü bildirərək belə buyurdu:
“İslam inqilabının qələbəsinin ildönümündə 22 Bəhmən (11 fevral) yürüşünə görə İran millətinə təşəkkür edirəm. Xalq öz coşqusunu və canlılığını göstərdi. (Bu yürüş) İran millətinin (inqilabdan) soyuduğunu arzu edənlər üçün gözlənilməz oldu”. 

Seçkilərin əhəmiyyətindən danışan o Həzrət qeyd etdi: 
“Seçkilər İslam Respublikası sisteminin əsas sütunu və ölkə islahatı üçün həll yoludur. Kimlər ki problemləri həll etməyin ardıncadırlar, yolu seçkilərdir”. 

Düşmənin xalqın seçkidə iştirakını istəməməsindən danışan o Həzrət belə buyurdu: 
“Bir dəfə bir ABŞ prezidenti İran xalqına xitab etdi ki, seçkilərdə iştirak etməyin. Xalq onun acığına daha çox iştirak etdilər və o seçkilər daha coşqulu oldu. Ondan sonra  artıq birbaşa demirlər. Lakin müxtəlif yollarla çalışılırlar ki, xalqı seçkilərdən uzaqlaşdırsınlar”. 

İnqilab Rəhbəri düşmənşünaslıq mövzusuna toxunaraq bildirdi: 
“Düşməndən qəflət etməyək. Düşmənin məkr, hiylə və (hiyləsini həyata keçirmək üçün) vasitələri vardır. Düşməni zəif və bacarıqsız təsəvvür etməyək. Düşməni zəif və çarəsiz hesab etmək olmaz”. 

Düşməni tanımağın zəruri olduğunu qeyd edən Ayətullah Xamenei sözlərinə belə davam etdi: 
“Qələbənin vacib bir şərti budur ki, düşməni və onun bacarıqlarını (qüdrətini) tanımaqla yanaşı, ondan qorxmayaq. Əgər qorxsanız, məğlub olacaqsınız. Düşmənin təhdidindən, nərə və təzyiqindən qorxmamaq lazımdır”. 

(İrandakı) Azərbaycanın eşq və qeyrət məfhumu olduğunu bildirən o Həzrət belə buyurdu: 
“Bütün Təbriz və (İrandakı) Azərbaycan əhalisinə, o əziz və qeyrətli xalqa salam göndərirəm və sözün həqiqi mənasında (İrandakı) Azərbaycan eşq və qeyrət məfhumudur”. 

Daha sonra İnqilab Rəhbəri (İrandakı) Azərbaycanın müxtəlif dəyərlər məzhəri olduğunu vurğuladı: 
“(İrandakı) Azərbaycan qeyrət məzhəri, eşq məzhəri, iman və İslami həyəcanın məzhəridir. Bu elə bir şeydir ki, biz bunu həm Azərbaycan və Təbrizin tarixindən oxumuşuq və həm də bu uzun illər ərzində mübarizə dövrlərindən bu günə kimi öz gözlərimizlə müşahidə etmişik”. 

Ayətullah Xamenei təbrizlilərin həssas məqamlarda öz vəzifələrini dərk edərək fəaliyyətə keçdiklərini bildirdi: 
“1978-ci il fevral ayının 18-də Pəhləvi rejiminə qarşı tarixi qiyam zamanı təbrizlilər öz vəzifəsini anında dərk etdilər və anında öz vəzifələrinə görə qiyam etdilər. Məsələnin əhəmiyyəti bundan ibarətdir.”.
 
Source : khamenei.ir
Comment