QR CodeQR Code

Kənani: İrəvanla Bakı arasında sülh sazişinin sürətlənməsi zəruridir

SaharTV , 14 Feb 2024 17:46

İslamtimes - İran İslam Respublikasından çağırış



İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan və Ermənistan sərhədində gərginliyin artması və son münaqişələrdən narahatlığını ifadə edərək, fikir ayrılıqlarının sülh yolu ilə həllinə çağırıb.
Nasir Kənani Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bir neçə nəfərin həlak olması və yaralanması ilə nəticələnən sərhəd münaqişəsinə münasibət bildirərək hər iki tərəfi təmkinli olmağa və sülhü qorumağa çağırıb.
İranlı diplomat bu iki ölkənin sərhədində gərginliyin artması və son vaxtlar münaqişələrin baş verməsindən narahatlığını ifadə edib və deyib: “Regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar. Bu baxımdan iki ölkə arasında sülh sazişinin bağlanmasını sürətləndirmək zəruridir”.
İRNA-nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycan hərbçilərinin Sünik vilayətinin Nerkin Hand bölgəsində Ermənistanın hərbi mövqelərini atəşə tutması nəticəsində bu ölkənin 4 əsgəri həlak olub, çoxlu sayda əsgər yaralanıb.
 


Story Code: 1116206

News Link :
https://www.islamtimes.com/az/news/1116206/kənani-irəvanla-bakı-arasında-sülh-sazişinin-sürətlənməsi-zəruridir

Islam Times
  https://www.islamtimes.com