QR CodeQR Code

Azərbaycan hökuməti Sərdar Babayevə təzminat ödəyəcək

SaharTV , 3 Feb 2024 15:57

İslamtimes -Avropa İnsan Hüquqları Məhkəməsi ilahiyyatçı Sərdar Babayevə qarşı cinayət təqibinin qanunsuz olduğunu tanıyıb.


Fevralın 1-də Avropa İnsan Hüquqları Məhkəməsi şiə ilahiyyatçı Sərdar Babayevin işi üzrə qərarı elan edib.
Bu din xadimi Masallı şəhərində məsciddə cümə möüzələri oxuyub. 2017-ci ilin fevralında həbs edilib, çünki mövcud qanunlar xaricdə islam dini təhsili almış şəxslərə möizə oxumağı qadağan edir.
3 iyul 2017-ci ildə məhkəmə onu dini mərasimlərin keçirilməsi tələblərinin pozulmasında (Azərbaycan Cinayət Məcəlləsinin 168-1.3-cü maddəsi) təqsirli bilərək 3 il həbs cəzasına məhkum edib. Yuxarı instansiyalar hökmü qüvvədə saxlayıblar.
Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib və Babayevin Avropa İnsan Hüquqları Konvensiyasının qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, azadlıq və təhlükəsizlik hüququ, fikir, vicdan və din azadlığı, ifadə azadlığı və ayrı-seçkiliyin qadağan edilməsi maddələri üzrə hüquqlarının pozulduğunun tanınmasını xahiş edib.
Babayevin Apellyasiya Məhkəməsində dəmir qəfəsə salınması qeyri-insani rəftar kimi qiymətləndirilib. Bundan əlavə, müdafiə tərəfi istintaq müddətində onun əsassız həbs olunduğunu və həbs cəzasına məhkum edildiyini bildirib.
Avropa İnsan Hüquqları Məhkəməsi Babayevin hüquqlarının pozulduğunu tanıyıb və ona dəyən mənəvi ziyana görə 6000 avro, məhkəmə xərclərinə görə 2500 avro təzminat ödənilməsini qərara alıb.
Babayevin vəkili Cavad Cavadov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı qərarı presedent xarakter daşıyır və o deməkdir ki, Azərbaycanda vətəndaşlar dini ayinlərin icrası tələblərinin pozulmasına görə təqib olunmamalıdır.
Vəkil ümidvar olduğunu bildirib ki, Azərbaycan Ali Məhkəməsi kassasiya şikayətinə baxarkən müdafiə tərəfinin dəlillərini nəzərə alacaq və Babayevin hüquqlarının pozulmasını aradan qaldıracaq.
Qeyd edək ki, hüquq müdafiəçiləri Sərdar Babayevi siyasi məhbus kimi tanıyıblar.
 


Story Code: 1113631

News Link :
https://www.islamtimes.com/az/news/1113631/azərbaycan-hökuməti-sərdar-babayevə-təzminat-ödəyəcək

Islam Times
  https://www.islamtimes.com