Paşinyan sülh prosesindən danışdı
SaharTV , 23 Jan 2024 09:48
İslamtimes - “Ermənistan Azərbaycandan ərazi iddiasının olmayacağı ilə bağlı zəmanət gözləyir”
Ermənistanın baş naziri bildirib ki, sülh prosesində Ermənistan Azərbaycandan gizli ərazi iddialarının olmayacağı ilə bağlı təminat gözləyir və onun ölkəsi eyni zəmanəti Azərbaycana da qarşılıqlı şəkildə verməyə hazırdır.
Nikol Paşinyan hakim Mülki Müqavilə partiyasının toplantısında deyib: “Ermənistanla Azərbaycan arasında sülh nəzəri müstəvidə mümkündür. Və son müzakirələr o istiqamətə yönəlib ki, Ermənistan və Azərbaycanın bir-birindən heç bir ərazi tələbi yoxdur və qarşılıqlı olaraq gələcəkdə belə ərazi tələbləri ilə çıxış etməyəcəklər”.
Onun sözlərinə görə, 1991-ci il sərhədi rəsmi şəkildə sənədləşdirilməlidir. Çünki Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi sərhəd yaratmaqdan ibarət deyil, 1991-ci ildə və ya Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhəd sənədli formada yenidən təsdiqlənməlidir.
Paşinyan sonra qeyd edib: “Praqada dördtərəfli bəyanat qəbul olundu, Azərbaycan da bunu qəbul etdi. Biz vurğulayırıq ki, delimitasiya prosesi yeni sərhədlər yaratmamalı və iki ölkə arasında davam edən iş prosesi nəzərəçarpacaq nəticələr verməlidir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıdıqlarını bəyan etməməli, həm də bu reallığı de-yure sülh müqaviləsində rəsmiləşdirməlidir”.
"Həm Ermənistan, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri var. Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi Ermənistan Sovet Sosialist Respublikasının ərazisidir", - deyə baş nazir Paşinyan vurğulayıb.
Story Code: 1110957